Əgər ermənilər Su-30-ları qaldırsaydı… – Felgenhauer

Su-30 CM təyyarələrinin raketləri olmadan Ermənistana satılması, Rusiya qanunvericiliyinin bu təyyarələrin raketlərini satmağa izn verməməsi ilə bağlı deyilənlər yalan söhbətdir.

Bunu rusiyalı hərbi ekspert Pavel Felgenhauer deyib.

“Onlar dörd təyyarəni aldıqdan sonra mənə deyirdilər ki, indi biz göstərəcəyik. Mən onlardan soruşurdum ki, siz onlara nə göstərəcəksiniz? Qarabağdakı gələcək müharibədə onlar faydasız idi. Bu, havada üstünlüyü ələ keçirmək üçün ağır qırıcılardır. Onu ələ keçirmək üçün 4 təyyarə çox azdır. Üstəlik, pilotsuz uçuş aparatlara qarşı onları istifadə etmək qeyri-effektiv idi. Dronlar elə sürətlə uçurlar ki, reaktiv qırıcılar belə sürətlə hərəkət etmir. Qırıcıların PUA-lara hava-hava raketləri ilə atəş açması da qeyri-effektivdir. Belə ki, bu raketlərdə öz-özünü idarə edən infraqırmızı başlıqlar var, amma dronlarda termal radiasiya az olduğu üçün onlar da qeyri-effektiv qalırlar”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Ermənistanın keçmiş baş inspektoru Movses Akopyan Ermənistanın Su-30CM təyyarələrini almasının böyük səhv olduğunu, Rusiyanın bu təyyarələri raketsiz satdığını açıqlamışdı.

Mənbə
axar.az
Hamısını Göstər

Related Articles

Back to top button