Əlillik dərəcəsi təyin etdirəcəyi adı ilə aldadıb, pullarını ələ keçirdi

Ağsu rayonunda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, Polis Şöbəsinə müraciət edən iki nəfər rayon sakini Şahalı adlı şəxsin guya onlara əlillik dərəcələri təyin etdirəcəyini vəd edərək aldatdığını və ümumilikdə 7000 manata yaxın pullarını aldığını bildiriblər.

Daxil olmuş müraciətlər əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər də eyni cinayət əməlinə görə məhkum olunmuş rayonun Qiyaslı kənd sakini Şahalı Eminov saxlanılıb.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

Hamısını Göstər

Related Articles

Back to top button