Əlilliyin ləğv edilmə səbəbi açıqlandı
“2021-ci ilin üç ayı ərzində 465 nəfərin əlilliyi ləğv edilib”.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov deyib.
Onun sözlərinə görə, ləğv edilən əlilliklərin çoxu inteqrasiya nəticəsində olub:
“Pandemiya dövründə vətəndaşların çoxunu dəvət edə bilmirik. Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” və digər qurumların reyestri vasitəsilə əlillik ləğv edilib”.