Ərdoğan əsl qalibdir, G-20 də bunu göstərdi
Romada keçirilən G-20 sammitinin bir qalibi varsa, bu, böyük ehtimalla, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. Bu, şişirdilmiş dəyərləndirmədir? – Yəqin ki, xeyr!
Bu barədə İtaliyanın nüfuzlu “Verita” qəzetində yayımlanan məqalədə vurğulanıb.
“Romada keçirilən sammitdə Türkiyə Prezidenti üç amildən istifadə etdi: ABŞ Prezidenti Co Baydenin həm beynəlxalq, həm də ölkəsində siyasi zəifliyi, Çin-Rusiyanın bu sammitə qatılmaması sayəsində Ərdoğanın manevr imkanı və üçüncüsü, bəzi kritik məqamlarda mərkəz rolunu ortaya qoyması”.
“Affariitaliani” xəbər saytı isə Ərdoğanın Roma səfərini belə dəyərləndirib: “Bu G-20 sammiti Ərdoğan üçün uğurlu oldu. O, əsl qalibdir”.