Ərdoğan: “Bizim üçün S-400 məsələsi bitib”

Türkiyənin Rusiyadan aldığı S-400 sistemlərinə görə ABŞ-ın təzyiqlərini qəbul etməsi mümkün deyil.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkdakı Türk Evində keçirdiyi mətbuat konfransı zamanı bildirib.

“Baxın, biz F-35-ləri aldıq. 1 milyard 400 milyon dollar ödədik və F-35-lər bizə verilmədi. Amerika öncə bunu həll etməlidir. S-400-ləri bəhanə edib bizə F-35-ləri verməmək nə dövlətlərarası münasibətlər, nə də diplomatiya baxımından düzgün deyil. Əlbəttə ki, biz beynəlxalq hüquq nəyi tələb edirsə, onu edəcəyik. Ancaq S-400-lərə görə davamlı təzyiqləri qəbul etməyimiz mümkün deyil. Bizim üçün S-400 məsələsi bitib. Burada geri addım atmağımız da mümkün deyil. Amerikanın bu faktı ikitərəfli və beynəlxalq münasibətlərdə doğru şəkildə nəzərə alması lazımdır”, – deyə Ərdoğan bəyan edib.

O, Türkiyənin özünü qorumaq üçün lazım olanı alacağını da bildirib.

“Sən bizə “Patriot” verməyəcək, sonra da “Niyə S-400 aldın” deyəcəksən? Türkiyə özünü qorumaq üçün lazım olanı alacaq. Gərəkərsə, onları istehsal da edəcək, artıq başladıq da”, – deyə əlavə edib.

Hamısını Göstər

Related Articles

Back to top button