Ərdoğan İlham Əliyevə zəng etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk respublikalarının liderlərinə zəng edib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Ərdoğan Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Şimali Kipr Türk Respublikasının liderlərini Yeni il münasibətilə təbrik edib.
Liderlər yeni ildə ikitərəfli əlaqələri daha da inkişaf etdirmək, regional məsələlərdə əməkdaşlığı gücləndirmək barədə razılaşıb.