Ərdoğan Putini Türkiyəyə dəvət edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçi danışıqları zamanı rusiyalı həmkarı Vladimir Putini Türkiyəyə cavab səfərinə dəvət edib.
Bu barədə “Haber Global” məlumat yayıb.
“Yaxın gələcəkdə ona (Putinə) cavab səfərini etməyi təklif etdim. Buna müsbət reaksiya verdi. Həmçinin, bu ilin sonuna qədər Türkiyədə (Rusiya-Türkiyə) Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının keçirilməsini təklif etdim. O buna da müsbət reaksiya verdi”, – deyə Ərdoğan Soçidən qayıdandan sonra jurnalistlərə açıqlamasında bildirib.