Ərdoğan Şuşa Bəyannaməsini təsdiqlədi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsinin rəsmi şəkildə dərc edilərək qüvvəyə minməsi ilə bağlı Prezident Fərmanını imzalayıb.

Dövlət başçısı sənədi Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının nümayəndə heyətini qəbul edərkən təsdiqləyib.

Qəbulda Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, həmçinin Azərbaycan ağsaqqalı Həsən Həsənov, Qazaxıstan ağsaqqalı İkram Adırbek, Qırğızıstan ağsaqqalı Mədətxan Şərimqulov, Özbəkistan ağsaqqalı Bəxtiyor Sayfullayev və Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev iştirak edib.

Hamısını Göstər

Related Articles

Back to top button