Ərdoğan türk lirəsinin məzənnəsindəki sıçrayışları “müvəqqəti hal” adlandırdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türk lirəsinin məzənnəsindəki son sıçrayışları əsasən ilin yekunları ilə bağlı “müvəqqəti hal” adlandırıb.
İstanbulda “ASKON” biznes birliyinin idarə heyətinin iclasında çıxış edərkən, o bildirib ki, 2022-ci ilin əvvəlindən türk lirəsinin məzənnəsi sabitləşib.
“Dövlət büdcəsi ilə bağlı heç bir problem yoxdur. Biz ili başa vururuq, hətta proqnozları üstələyirik… Türk lirəsi hökumət üçün əsas bazadır”, – Türkiyə prezidenti vurğulayıb.
Ərdoğan Türkiyə əhalisinin 5 min tona yaxın qızıl yığdığına diqqət çəkib. “İqtisadiyyata nə qədər çox cəlb etsək, ölkə bir o qədər fəal inkişaf edəcək”.
“Mən istəyirəm ki, bütün vətəndaşlar öz əmanətlərini öz valyutamızda saxlasınlar və bütün işlərini öz valyutamızda etsinlər. Bunu tövsiyə edirəm”, – Ərdoğan deyib.