Ərdoğan və Putin Qarabağı müzakirə etdilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.

Kremlin məltbuat xidmətindən verilən məlumata görə, söhbət zamanı Qarabağ məsələsi ətrafındakı vəziyyət müzakirə edilib və Rusiya-Türkiyə birgə monitorinq mərkəzinin fəaliyyəti müsbət qiymətləndirilib.

Türkiyə dövlət başçısı 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarının icrası üzrə Rusiyanın səylərini dəstəklədiyini bildirib. Həmçinin, tərəflər bölgədəki infrastrukturun, xüsusilə də iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üçün koordinasiyanın qarşılıqlı şəkildə davam etdirilməsinə hazır olduqlarını ifadə ediblər.

Bununla yanaşı, söhbət əsnasında Rusiya prezidenti bu yaxınlarda Cenevrədə keçirilən Ağ Evin rəhbəri Co Baydenlə görüşünün təəssüratlarını Türkiyə dövlət başçısı ilə bölüşüb.

Ərdoğan isə öz növbəsində Rusiya ilə Türkiyə arasında hava əlaqəsinin bərpası, eləcə də “Sputnik V” peyvəndinin tədürükünün başlamasına görə Putinə minnətdarlığını bildirib.  

Hamısını Göstər

Related Articles

Back to top button