Ərdoğandan Azərbaycan açıqlaması: Gələn il…
Gələn il can Azərbaycandan başlayaraq, “Teknofest”i bütün müttəfiq ölkələrdə keçirəcəyik.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, “Teknofest”i beynəlxalq brendə çevirəcəklər:
“2018-ci ildə “Teknofest” – texnologiya festivalı ilk dəfə keçiriləndə burada 14 texnoloji yarışma təşkil olunmuşdu və 20 min nəfər qatılmışdı. Hazırda isə bu rəqəmlər 35 yarışmaya və 200 min iştirakçıya çatıb”.