Ərdoğandan dünyaya mesaj: “Azərbaycana qarşı sanksiyalarla prosesi dayandıra bilməzsiniz”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin tribunasından dünyaya bir sıra mesajlar verib.
Beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli konkret.az-a bildirib ki, Ərdoğanın bundan sonrakı siyasətin mesajlarını BMT-dən verməsi təsadüfi deyil:
– Krım Ukraynadır;
– Azərbaycan torpaqlarını azad edib;
– Uyğurlara Çin zülmü;
Deməli, Rusiya üçün Krım domokl qılıncıdır və Ərdoğan hər addımda, ehtiyac yaranan kimi bu kartı daim oynayacaq. Azərbaycana qarşı müəyyən sanksiyalara hazırlıqlar var. Ərdoğanın çıxışı ona işarədir ki, bura bizim maraq dairəmizdir və təsirsiz sanksiyalarla prosesi dayandıra bilməzsiniz, əksinə hazırkı şərait yeni imkanlar yaradır. O cümlədən kommunikasiyalar, pandemiyadan sonra iqtisadi əlaqələr üçün unikal şanslar və bərpa imkanları yaranıb”.
“Çinə gəldikdə isə, Türkiyə artıq Türk Dövlətləri Birliyinə (TDB) açılıma başlayır: “Orta Asiya, Zəngəzur dəhlizi, uyğular. Bundan sonra onsuz da dünyanın gündəmi – ABŞ və Britaniya daxil Çin olacaq. Belə başa düşülür ki, Türkiyə Çinə qarşı Bayden ilə razılaşıb və bu prosesdə Türk dünyası lazımı qədər qazanclı çıxacaq gücdədir” – deyə Əlibəyli fikirlərini yekunlaşdırıb.