Ərdoğanla kritik görüş öncəsi AB-dən açıqlama

25-26 mart tarixlərində AB liderlərinin görüşündə AB-Türkiyə münasibətləri müzakirə olunacaq, Ərdoğanla bu gün keçiriləcək görüş zirvəyə hazırlıq məqsədi daşıyır.

Bu barədə Avropa Birliyindən açıqlama yayılıb.

Açıqlamada Şərqi Aralıq dənizində sabitliyin necə qorunacağı və Türkiyə ilə qarşılıqlı maraqlara və əməkdaşlığa əsaslanan əlaqələrin necə inkişaf etdiriləcəyi barədə müzakirə aparılacağı vurğulanıb. Həmçinin, Türkiyə ilə Yunanıstan səlahiyyətliləri arasında aparılan danışıqların gündəmə gətiriləcəyi, eyni zamanda Kipr, Liviya və miqrant məsələlərinin də müzakirə mövzusu olacağı bildirilib.

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Avropa Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen arasında videoformatda görüş keçiriləcək.

Hamısını Göstər

Related Articles

Back to top button