Ərdoğanla Putin arasında maraqlı dialoq: “Antitel göstəriciniz çox aşağıdır”

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçi şəhərində keçirilən üç saatlıq görüşündən sonra liderlər arasında diqqətçəkən qısa dialoq baş tutub.

Rusiya Prezidenti R.T. Ərdoğanla vidalaşarkən koronavirusa görə özünütəcrid rejiminə keçməsindən danışıb.

V.Putin qeyd edib ki, onun koronavirusa qarşı antitelləri hələ də yüksəkdir:

“Allaha şükür, keçdi (xəstələnmədim – red)”.

Rusiya lideri antitel titrlərinin göstəricisinin 15-16 aralığında olduğunu söyləyib.

“Bütün günümü yoluxmuşlarla keçirdim və xəstələnmədim”, – deyə Rusiya Prezidenti vurğulaylb.

R.T. Ərdoğan bu göstəricinin çox aşağı olduğunu söylədikdə isə V. Putin antitel göstəricisinin Rusiyada fərqli hesablandığını bildirib.

Hamısını Göstər

Related Articles

Back to top button