Əsgərimizin minaya düşməsi iddiaları ilə bağlı rəsmi açıqlama
Sentyabrın 21-də Xocavənd rayonu istiqamətində hər hansı partlayış baş verməyib.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Nazirlik Xocavənd rayonunda Azərbaycan Ordusunun əsgərinin guya piyada əleyhinə minaya düşməsi iddialarına cavab verib:
“Sentyabrın 21-də Xocavənd rayonu istiqamətində hər hansı partlayış baş verməyib.
Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə ümumiyyətlə yayılan məlumatda qeyd olunduğu kimi Nəbiyev Samir Sahib oğlu adlı hərbi qulluqçu yoxdur.
Bütün KİV-ləri və sosial şəbəkə istifadəçilərini yalan və rəsmi mənbələrdən dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırırıq“”.