1 dəqiqədə Azərbaycan iqtisadiyyatında nələr baş verir? – Maraqlı statistika

Bakı Araşdırmalar Mərkəzi 2021-ci ildə hər 1 dəqiqə ərzində ölkə iqtisadiyyatında nə baş verdiyilə bağlı infoqrafika hazırlayıb. Həmin araşdırmanı oxucularına təqdim edirik:

– Vergi orqanları dövlət büdcəsinə 16323 manat ödəyib;

– Gömrük orqanları dövlət büdcəsinə 8263 manat ödəyib;

– İqtisadiyyata 4927 manatlıq kredit yönləndirilib;

– 42250 dollarlıq mal ixrac olunub, 22271 dollarlıq mal ölkəyə gətirilib;

– Banklar 5595 manat qazanıb, 3752 manat xərcləyib;

– Əhali banklara 2024 manatlıq əmanət yerləşdirib;

– Nağd şəkildə 2574 ABŞ dolları alınıb, 3988 ABŞ dolları satılıb;

– Debet və kredit kartları vasitəsilə 71222 manatlıq əməliyyat aparılıb;

– Bankomatlar vasitəsilə 44323 manat nağdlaşdırılıb;

– Elektron ticarət vasitəsilə 13714 manat ödənilib;

– Əhaliyə 45662 manatlıq ərzaq məhsulu satılıb;

– 176,7 min manat əlavə dəyər yaranıb;

– Dövlət büdcəsinə 50,3 min manat vəsait daxil olub.

Hamısını Göstər

Related Articles

Back to top button