11 yaşlı azərbaycanlı qızı dayısı oğluna nişanladılar
Gürcüstanda 11 yaşlı qız üçün nişan mərasimi keçirilib.
Gürcüstanın azərbaycanlılar yaşayan Poniçala (Soğanlıq) adlanan ərazisində bir ailə öz övladına nişan mərasimi təşkil edib. Sosial şəbəkələrdə yayılaraq böyük səs-küyə səbəb olan videonun 1 həftə öncə çəkildiyi bildirilir. Nişan mərasimində 11 yaşlı qızın ailəsi və qohumları da iştirak edib. Qızı öz dayısı oğlu ilə nişanlayıblar.
Məsələ ilə bağlı Xalq Müdafiəçisinin (Ombudsman Aparatı) Kvemo-Kartlidə gender məsələləri üzrə mütəxəssisi Mari Gvidianiyə də məlumat verilib.