12 icra hakimiyyətində bu şöbələr ləğv edildi – Sektorlar yaradıdı (Yenilənib)

 

Bakı şəhərinin Xəzər, Qaradağ, Sabunçu, Suraxanı, Pirallahı, Binəqədi, Səbail, Nəsimi, Nərimanov, Nizami, Xətai və Yasamal rayonlarının icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu yenilənir.

“AzPolitika” “Qaynarinfo”-ya istinadla xəbər verir ki, icra hakimiyyətlərində bir sıra şöbələr ləğv edilərək sektorlarla əvəzlənib. Bundan başqa, bəzi şöbələr birləşdirilib və həmin şöbələrə rəhbərliyi icra başçılarının müavinləri həyata keçirəcək.

Başçının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdirinə tabe olacaq sektorlar bunlardır:

* Ərazi-təşkilat məsələləri sektoru

* Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektoru

* İctimai-siyasi və humanitar məsələlər sektoru

Başçının müavini – Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdirinə tabe olacaq sektorlar isə aşağıdakılardır:

* Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektoru

* Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektoru

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi, habelə hüquq və inzibati işlər şöbəsi ləğv edilib və onların bazasında Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsi yaradılıb. Yeni şöbəyə tabe olacaq sektorlar:

* Sənədlərlə və vətəndaş müraciətləri ilə iş sektoru

* Hüquq və kadr məsələləri sektoru

Qeyd edək ki, icra hakimiyyəti başçısının şəhər və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturunda da dəyişikliklər edilib. Bu barədə müvafiq Fərman imzalanıb. Fərmana əsasən, bütün dəyişikliklər iki ay ərzində tamamlanacaq. İxtisar olunan əməkdaşlar Dövlət İmtahan Mərkəzi vasitəsilə müvafiq dövlət qurumlarında işlə təmin ediləcəklər

***

Bakı şəhərinə aid rayonların (Xəzər, Qaradağ, Sabunçu, Suraxanı, Pirallahı, Binəqədi, Səbail, Nəsimi, Nərimanov, Nizami, Xətai və Yasamal) icra hakimiyyəti başçıları aparatlarının, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin yeni nümunəvi strukturu təsdiqlənib.

“Report”un əldə etdiyi məlumata görə, icra hakimiyyətlərində bir sıra şöbələr ləğv edilərək sektorlarla əvəzlənib.

Bundan başqa, bəzi şöbələr birləşdirilib və həmin şöbələrə rəhbərliyi icra başçılarının müavinləri həyata keçirəcək.

Belə ki, yeni strukturda Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin tabeliyində Ərazi-təşkilat sektoru, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektoru, İctimai-siyasi və humanitar məsələlər sektoru, Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin tabeliyində Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektoru, Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektoru, Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin tabeliyində isə Sənədlərlə və vətəndaş müraciətləri ilə iş sektoru, İnzibati işlər sektoru və Hüquq və kadr məsələləri sektoru yer alıb.

Qeyd edək ki, bundan əvvəl strukturda Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi, Hüquq və kadr məsələləri şöbəsi, İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsi, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi, Şəhər təsərrüfatı şöbəsi, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi var idi.

 

 

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button