Ermənistanın təklifi geri qaytarıldı: İki məsələdə razılaşma yoxdur

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin 17 bəndindən 15-i razılaşdırılıb. Qalan iki bəndlə bağlı Azərbaycan tərəfi ən yüksək səviyyədə öz mövqeyini ifadə edib. Bu şərti sərhəddə üçüncü tərəfin olmaması və qarşılıqlı olaraq beynəlxalq məhkəmələrdəki iddialardan imtina ilə bağlıdır.

Bu sözləri Teleqraf-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli deyib.

“Baş verənlər onu göstərir ki, şərti sərhəddə üçüncü tərəfin olmaması ilə bağlı rəsmi Bakının tələbi icra edilməyib. Regionda üçüncü tərəfin mövcudluğu təhlükəsizlik mühitinə mənfi təsir göstərir. Avropa İttifaqının müşahidə “missiya”sının şərti sərhəddəki fəaliyyəti heç də sülhə xidmət etmir. Azərbaycan danışıqların ikitərəfli formatda aparılmasına üstünlük verir”, – o qeyd edib.

Mətin Məmmədliyə görə, kommunikasiyalarla bağlı Bakı ilə İrəvan arasında razılaşdırılmayan məsələlər var:

 

“Ermənistan 10 noyabr 2020-ci ildə əldə edilən üçtərəfli bəyanatla (Azərbaycan, Rusiya və Ermənistan) üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında kommunikasiya xəttlərinin açılması təmin olunmalı, maneəsiz gediş-gəliş üçün dəhliz açılmalıdır. Zəngəzur dəhlizi açıldıqdan sonra regional kommunikasiyalar işə düşəcək”.

“Silahlara nəzarətlə bağlı Ermənistan beynəlxalq müqavilələrlə götürdüyü öhdəlikləri pozub. 30 ilə yaxın işğalda saxladığı Azərbaycan ərazilərində silah-sursat saxlayıb. Ona görə də Ermənistanın silahlara nəzarətdən danışması səmimi görünmür”, – Mətin Məmmədli bildirib.

Qeyd edək ki, fevralın 25-də Ermənistan sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərinə rəsmi Bakının cavabı İrəvana təqdim olunub. Kommunikasiyaların bloklanması və qarşılıqlı silahlara nəzarət mexanizmi kimi digər sahələr üzrə təkliflər isə cavabsız qalıb.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button