Ərdoğan: Biz türk dövlətləri köklü bir mirasın daşıyıcılarıyıq – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündən sonra maraqlı bir paylaşım edib.
Teleqraf xəbər verir ki, Ərdoğan X hesabında türk dövlət rəhbərləri ilə görüşlərindən ibarət videoçarx yerləşdirib.
R.T.Ərdoğan eyni zamanda belə yazıb: “Türk dövlətləri olaraq bizlər, tarix və mədəniyyətin kəsişmə nöqtəsində, Şərq müdrikliyi ilə Qərb Batının dinamizmini birləşdiren köklü bir mirasın daşıyıcılarıyıq”.
Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də tədbirdə iştirak edib.
Polise.az