Krım körpüsü bu gün ikinci dəfə Ukraynanın hücumuna məruz qalıb.

Krım körpüsü bu gün ikinci dəfə Ukraynanın hücumuna məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın “Telegram” kanalları məlumat yayıb.
“ÇP-Krım” kanalı yazır: “Krım körpüsünə hücum davam edir. Onlar maneələri aşırlar. Körpü bağlıdır”.
Rusiyalı hərbi bloger Vladimir Romanov deyib ki, Ukrayna Krım körpüsünə pilotsuz vasitələrlə hücum edir.
“Z-kanal 13 TACTICAL” körpünün müdafiə sahəsində partlayışların olduğunu bildirib.
Ukraynanın “Krimskiy Viter”in məlumatına görə, saat 15:00 radələrində yenidən Kerçdə güclü partlayış səsi eşidilib.
“Boğaz boyunca sahil xətti üzərində uçan vertolyot havaya qaldırılıb. Kerçin ictimai yerlərində çaxnaşma hökm sürür”.
Bundan əlavə, “Vetra”nın yazdığına görə, Rusiyanın Krımdakı hava hücumundan müdafiə sistemləri işə salınıb.
***
15:15
Ukrayna Milli Təhlükəsizlik Xidməti (SBU) yeni unikal xüsusi əməliyyat keçirərək, Krım körpüsünə üçüncü dəfə zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə sözügedən qurum məlumat yayıb.
Məlumatda deyilir ki, Ukrayna Təhlükəsizlik Xidməti Krım körpüsünü su altından partladıb.
Əməliyyata hazırlığın bir neçə ay davam etdiyi bildirilir. Məlumata görə, SBU agentləri Rusiya tərəfindən qanunsuz tikilmiş estakadanın dayaqlarını minalayıblar. Nəticədə bu gün, iyunun 3-də dinc əhali arasında itki olmadan, səhər saat 4:44-də ilk partlayıcı qurğu işə salınıb.
SBU-nun məlumatına görə, estakadaların sualtı dayaqları ciddi şəkildə zədələnib, buna 1100 kiloqramlıq partlayıcı maddənin partlaması səbəb olub. Körpünün qəzalı vəziyyətdə olduğu vurğulanıb.
SBU-nun rəisi general-leytenant Vasili Malyuk əməliyyata şəxsən nəzarət və onun planlaşdırılmasını koordinasiya edib.
“SBU həmişə düşündüyünü sona çatdırır və heç vaxt təkrar etmir. Krım körpüsünü 2022-2023-cü illərdə iki dəfə vurmuşuq. Ona görə də bu gün bu ənənəni su altında davam etdirdik. Dövlətimizin ərazisində Rusiyaya məxsus heç bir qanunsuz obyektin yeri yoxdur. Ona görə də Krım körpüsü legitim hədəf hesab olunur”, – Malyuk bildirib.
General vurğulayıb ki, işğalın istənilən təzahürü Ukraynanın sərt cavabını alacaq.
Polise.az