Ərdoğan “Azərbaycan məhəlləsi” ilə bağlı paylaşım etdi – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda Azərbaycanın dəstəyi ilə inşa edilən “Azərbaycan məhəlləsi” barədə paylaşım edib.

Teleqraf xəbər verir ki, bu barədə o, “X” hesabında paylaşım edib.

“Bu gün zəlzələ bölgəmizdə, Can Azərbaycanın dəstəyi ilə inşa edilən “Azərbaycan məhəlləsi”ndəki mənzillər də daxil olmaqla, ümumilikdə 49 min 56 mənzil və iş yeri hüquq sahiblərinə təhvil verilir. Beləliklə, indiyədək təhvil verilən ümumi mənzil sayı 250 minə çatdırırıq”,- paylaşımda deyilir.

Qeyd edək ki, məhəllənin açılışı bu gün saat 16:30-da keçiriləcək.

Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə episentri Kahramanmaraş olan 7.7 və 7.6 bal gücündə güclü zəlzələlər baş verib. Təbii fəlakət nəticəsində 50 mindən çox insan həyatını itirib, 100 mindən artıq şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Polise.az 
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button