15 kiloqramdan artıq narkotik dövriyyədən çıxarıldı – FOTO

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib, əvvəllər məhkum olunmuş 34 yaşlı Aqil Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Moderator.az-a verilən məlumata görə, həmin şəxsdən, ümumilikdə 15 kiloqramdan artıq heroin, tiryək, marixuana və metamfetamin aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button