İlham Əliyevin sosial media hesablarında Sülh Şurasının ilk iclası ilə bağlı paylaşım edilib

ABŞ Prezidenti Donald Tramp Rusiya və Çinin Sülh Şurasının tərkibində təmsil olunacağına ümid etdiyini açıqlayıb.

Polise.az Teleqraf -a istinadən xəbər verir ki, Tramp bu barədə Vaşinqtondan Corciya ştatının Rom şəhərinə işgüzar səfəri zamanı təyyarədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Çox istərdim ki, Çin və Rusiyanı görək. Onlara dəvət göndərilib. Hər ikisinə ehtiyac var. Bütün baxışlara ehtiyac var, heç bir ayrı-seçkilik olmamalıdır”, – deyə ABŞ lideri bildirib.

Qeyd edək ki, bir neçə saat əvvəl Vaşinqtonda Trampın sədrliyi ilə Sülh Şurasının ilk iclası keçirilib. İclas Qəzza sektorunda normallaşma planlarına həsr olunub.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button