17 balı olan sürücü cərimədən yayınmaq üçün bu yola əl atdı, həbs olundu

Binəqədi rayonu ərazisində yol polisi əməkdaşları tərəfindən qayda pozuntusu səbəbi ilə saxlanılan “Lexus” markalı avtomobilin sürücüsü məsuliyyətdən yayınmaq üçün qəribə üsula əl atıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, 1981-ci il təvəllüdlü Cavid Rəhimov (ad-soyad şərtidir) polis əməkdaşına özünü başqa şəxs kimi təqdim edib.

Yol polisi əməkdaşları tərəfindən şəxsə dəfələrlə özünü doğru təqdim etməsi bildirilsə də, sürücü polis əməkdaşına qardaşının şəxsiyyət vəsiqəni uzadıb və inadkarlıqla adının Ramil olduğunu bildirib.

Saxlanılaraq polis şöbəsinə gətirilən vətəndaşın həmin maşının idarə etməsi üçün etibarnaməsi olmadığı, özünün isə yol hərəkəti qaydalarını pozmasına görə 17 balı olduğu müəyyən edilib.

Yol polisinin qanuni tələblərinə tabe olmamaqla uzun müddət iş rejiminin pozulmasına və əlavə vaxt itikisə səbəb olan şəxs barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəmyə göndərilib. Məhkəmənin qərarına əsasən, C.Rəhimov 8 gün müddətinə inzibati qaydada həbs edilib.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button