2 milyardlıq saziş imzalandı: İrana zərbələr endirməyə hazırlaşırlar?

İsrail ABŞ-la 12 “Lockheed Martin Corp CH-53K” helikopteri və iki “Boeing Co KC-46” təyyarəsi almaq məqsədilə müqavilə imzalayıb.

Virtualaz.org-a istinadən xəbər verilir ki, bu barədə cümə günü İsrail Müdafiə Nazirliyi məlumat yayıb. Ümumi partiyanın dəyəri 2 milyard dollar həcmində qiymətləndirilir. Bu barədə Reuters xəbər verir.

Cümə axşamı imzalanan saziş İsrailin hərbi hava qüvvələrinin modernləşdirilməsinin bir hissəsidir. Nazirlik sövdələşməyə əlavə altı helikopterin alınması variantını da daxil etdiyini bildirib.

İlk helikopterlər 2026-cı ildə İsrailə çatmalıdır. Hərbi Hava Qüvvələrinin hərbi texnika rəisi briqada generalı Şimon Tsentsiper cümə axşamı İsrail radiosuna deyib ki, sifariş edilən təyyarələr 2025-ci ilə qədər təhvil verilməyəcək.

İsrail mediası təyyarələrinin İranın nüvə obyektlərinə hava hücumunda kritik rol oynaya biləcəyini fərz edir. Tsentsiper bildirib ki, Hərbi Hava Qüvvələrinin hazırkı yanacaqdoldurma imkanları qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün kifayətdir.

Hamısını Göstər

Related Articles

Back to top button