20 sentyabr – Xalqımızın Azadlıq iradəsinin rəmzi

Sentyabrın 20-si – Azərbaycanda Dövlət Suverenliyi Günü

Azərbaycan xalqı hər il sentyabrın 20-də Dövlət Suverenliyi Gününü qeyd edir. Bu tarixi gün ölkəmizin müstəqillik yolunda atdığı mühüm addımlardan biri kimi tarixə düşüb.

1991-ci ilin 20 sentyabrında Azərbaycan Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Suverenliyi haqqında Bəyannamə”ni qəbul etdi. Bu sənəd xalqımızın öz taleyini müstəqil şəkildə müəyyən etmək iradəsini ortaya qoydu və dövlət müstəqilliyinin əsaslarını formalaşdırdı. Bəyannamədə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi, ərazi bütövlüyü, beynəlxalq münasibətlərdə bərabərhüquqlu subyekt kimi çıxış etmək prinsipləri təsbit edildi.

Dövlət Suverenliyi Günü, yalnız bir tarixi hadisənin xatırlanması deyil, həm də müstəqilliyimizin qorunması və gücləndirilməsi uğrunda aparılan mübarizənin rəmzidir. Bu gün Azərbaycan Respublikasının güclü dövlət kimi formalaşması, xalqımızın milli birliyi və müstəqillik ideyalarının əbədiliyi ilə sıx bağlıdır.

Azərbaycan polisi də digər dövlət qurumları ilə yanaşı, ölkənin suverenliyinin və ərazi bütövlüyünün keşiyində dayanaraq, sabitliyin qorunmasına mühüm töhfələr verir. Dövlətçiliyin möhkəmlənməsi, cəmiyyətin təhlükəsizliyi və asayişin təmin olunması bu missiyanın əsas tərkib hissəsidir.

Sentyabrın 20-si – Dövlət Suverenliyi Günü hər bir vətəndaş üçün müstəqilliyimizin əhəmiyyətini bir daha dərk etmək, dövlətə və bayrağa sədaqəti nümayiş etdirmək üçün mühüm gündür.

Polise.az

Əliyeva Südabə

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button