20 Yanvar günü havaya fişəng atan şəxs müəyyən edilərək saxlanıldı
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən polise.az-a bildirilib ki, Yanvarın 20-də gecə saat 23 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində naməlum şəxs havaya fişəng atıb. Polis əməkdaşları tərəfindən dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən qəsəbə sakini, spirtli içki aludəçisi olan Ə.Məmmədov müəyyən edilərək saxlanılıb. Onun hərəkətinə hüquqi qiymət verilməsi üçün barəsində toplanan materiallar məhkəməyə göndərilib.



