2022-ci ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

Fransalı jurnalist Alen Fraşon 2022-ci ildə potensial olaraq silahlı münaqişənin başlaya biləcəyi regionların siyahısını tərtib edib.

Müəllifə görə, bu bölgələrdən biri İrandır. Nüvə sazişi üzrə danışıqlar cüzi irəliləyişlə bərpa edilib, lakin kompromis üçün imkanlar daralır. Fraşonun sözlərinə görə, Tehran müqavilədən birtərəfli qaydada çıxmış keçmiş ABŞ prezidenti Donald Trampın siyasətini unutmamış, ona görə də indi ilkin şərtlər irəli sürür.

Bu günə qədər İran uranı 60% zənginləşdirmə səviyyəsinə çatıb, ekspertlər isə onun hərbi istifadəsi üçün tələb olunan səviyyəyə çatmağın cəmi bir ay çəkdiyini deyirlər. Jurnalistin fikrincə, bu, İsrail və ABŞ-ı İranın nüvə kompleksinə zərbə endirməyə sövq edir ki, bu da öz növbəsində cavabsız qalmayacaq, nəticədə münaqişə bütün Yaxın Şərqi əhatə edə bilər.

Digər “təhlükəli” bölgə Tayvandır. Müəllifin fikrincə, Çin manevrlər həyata keçirir, hansı ki, Vaşinqton bunun adaya “müdaxilə”yə səbəb olacağına inanır. Onun sözlərinə görə, Birləşmiş Ştatlar əvvəllər Tayvanı müdafiə vasitələri ilə təmin etməyi öhdəsinə götürmüşdü, lakin bu, onları vəziyyətə müdaxiləyə məcbur etmir və prezident Co Bayden bu məsələdə qeyri-müəyyən mövqeyini qoruyur.

Fraşonun sadaladığı regionların sonuncusu Ukraynadır. Jurnalistin sözlərinə görə, Rusiya ABŞ-a təhlükəsizlik zəmanəti tələblərini təqdim edərkən birbaşa öz ambisiyalarını bəyan edib, lakin qırmızı xətləri ilə razılaşmadığı təqdirdə hərəkətə keçməli olacaq.

Hamısını Göstər

Related Articles

Back to top button