70 mindən çox abituriyent ixtisas seçimi ərizəsini təsdiq edib

İndiyədək 70428 abituriyent (subbakalavr) ərizəsini təsdiq edib.

Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. Abituriyentlər 19 avqust saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

Müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button