70 Rusiya hərbçisi iğtişaş törətdi -Niyə döyüşmək İstəmirlər?
Rusiya hərbçilərinin nəzarətində olan Ukraynanın Melitopol şəhərində 70 rusiyalı hərbçi iğtişaş törədib.
Onlar Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etməkdən imtina edirlər. Bu barədə feysbuka Zaporojye diyarının Müdafiə Qüvvələri məlumat yayıb:
“Bizə məlumat daxil olub ki, 2022-ci il martın 24-də Rusiya qoşunlarının Melitopolda dislokasiya olunmuş bölməsində 70 hərbçi rəhbərliyin əmrlərini yerinə yetirməmək üçün iğtişaş törədib və Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüş əməliyyatlarında iştirak etməkdən imtina edib”, – məlumatda deyilir.