8 Noyabr prospektində hərəkət məhdudlaşdı

Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində yük avtomobili texniki nasaz olması səbəbindən yolun hərəkətin hissəsində qalıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Nəticədə prospektdən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb.

Hazırda polis tərəfindən problemin aradan qaldırılması məqsədilə işlər görülür.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button