80 min ədəd aksiz markasız siqaret aşkar edildi

Tovuz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində aksiz markası olmayan siqaretlərin realizə edilməsinin qarşısı alınıb.
Dövkət Gömrük Komitəsindən Moderator.az-a verilən məlumata görə, Şəmkir rayonunda yerləşən avtomobil dayanacağında nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobilin yük yerindən üzərində Azərbaycanın aksiz markası olmayan 80 min ədəd tütün məmulatı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.