9 May paradından öncə Putin İlham Əliyev və Paşinyanla birgə görüşəcək?..- Razılıq əldə olunacaq?..

Rusiya prezidenti Vladimir Putin mayın 9-da Moskvanın Qırmızı Meydanında keçiriləcək 80 illik qələbə paradından əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.
Polise.az xəbər verir ki, bunu “Johovurd” qəzeti yazıb.
Rusiya dairələrindən erməni nəşrinə verilən məlumata görə, görüşdə may bayramlarından sonra Ermənistan və Azərbaycan Alma-Atıda sülhlə bağlı hansısa sənəd imzalayacağı haqda razılıq əldə olunacaq. İmza yeri kimi Qazaxıstan – Alma-Ataı təsadüfi seçilməyib, çünki Paşinyan Alma-Atı Bəyannaməsini Ermənistan-Azərbaycan danışıqlarının mərkəzi mövqeyi kimi seçib.
“Johovurd” qəzeti bu məlumatı Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryanla aydınlaşdırmağa cəhd edib, lakin o, hər hansı şəkildə cavab vermək imtina edib.
Polise.az