90 erkən evliliyə cəhd, 15 qızqaçırma faktı müəyyən edildi

Həyata keçirilmiş qabaqlayıcı tədbirlərlə 90 erkən evliliyə cəhd faktı müəyyən edilərək 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub, 5 valideyn və 41 aidiyyəti şəxs barədə inzibati tənbeh tətbiq edilib, daha 57 şəxslə profilaktik iş aparılıb.

Polise.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində 2025-ci ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasıda bildirilib.

Həmçinin 15 qız qaçırma faktı üzrə Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanılaraq 32 şəxs haqda müvafiq məsuliyyət tədbirləri görülüb.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button