Aİ Rusiyaya qarşı sanksiyalara görə təxminən 1,5 trilyon dollar itirib

Avropa İttifaqında idxal ayda orta hesabla 15,2 milyard avroya qədər artıb.
Polise.az xəbər verir ki, bu barədə “Avrostat”ın məlumatında qeyd olunub.
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyalardan sonra təxminən 1,5 trilyon dollar vəsait itirib.
“Avrostat”ın məlumatına görə, Avropa İttifaqında idxal ayda orta hesabla 15,2 milyard avroya qədər bahalaşıb. Bununla yanaşı, 7,7 milyard avro mayeləşdirilmiş qaza, 7,5 milyard avro isə boru kəməri ilə idxal olunan qaza xərclənib.
Polise.az



