Cəlilabad sakinləri qanunsuz saxladıqları odlu silahları təhvil veriblər

Cəlilabad rayon sakinləri qanunsuz saxladıqları odlu silahları təhvil veriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan  Polise.az-ın bölgə müxbirinə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Keçirilən növbəti tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmadan qanunsuz saxladıqları 3 ədəd müxtəlif markalı ov tüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button