BMT-nin Qəzzada humanitar yardım karvanı atəşə tutulub

Qəzza zolağının şimalından qayıdan humanitar yardım karvanı atəşə tutulub.

Polise.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin anklavdakı rəhbəri Tomas Uayt deyib.

“İsrail hərbçiləri Qəzza zolağının şimal hissəsindən qayıdan humanitar karvanı atəşə tutublar”, – o bildirib.

Qeyd edilib ki, mərmilər nəticəsində xəsarət alan olmasa da, bir maşına ziyan dəyib: “Humanitar işçilər heç vaxt hücuma məruz qalmamalıdır”.

İsrail tərəfi hələlik bu insidentlə bağlı şərh verməyib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button