On mindən çox ukraynalı hərbçi Almaniyada təlim keçib

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri 10 mindən çox ukraynalı hərbçi Almaniyada təlim keçib.

Polise.az  xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin Ukraynaya yardımın əlaqələndirilməsi üzrə işçi qrupunun rəhbəri, general-mayor Kristian Freydinq “Sueddeutsche Zeitung” qəzetinə müsahibəsində bildirib.

“…Biz daha çox məşq etdik. Almaniyada 10 min Ukrayna əsgəri var” – deyən Freydinq əlavə edib ki, yanvarın 4-də Almaniyada növbəti iki piyada batalyonunun təliminə start veriləcək.

Polşa və Almaniya da daxil olmaqla, bir sıra Aİ ölkələrində Ukrayna hərbçiləri üçün təlim missiyası 2022-ci ilin oktyabrında təsdiqlənib. Söhbət komandanlıq heyətinin hazırlanmasından, maddi-texniki təminatın təşkili, radiasiya, bakterioloji və kimyəvi mühafizənin təşkili üzrə təlimlərdən gedir. Missiyanın mandatı iki ildir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button