Xoş gəldin 2024!

ƏZİZ HƏMVƏTƏNLƏR!
Dünya Azərbaycanlılarının həmrəylik günü və yeni-2024-cü il münasibətilə çoxmilyonlu soydaşlarımızı,vətən müharibəsində bizə dayaq olan qardaş dövlətlərinin vətəndaşlarını,ölkənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə cəsarət və şücaət,igidlik və qəhrəmanlıq nümayiş etdirən döyüşçülərimizi,yüksək peşəkar kəşfiyyatçılığı ilə seçilən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarını,MN-nin,DİO-nun və Daxili Qoşunların şəxsi heyətini,DSX-nin əməkdaşlarını və könüllüləri adi vətəndaş və vətən savaşının iştirakçısı kimi təbrik edir,şəhid olmuşların ruhlarını oxşayır,sağlamlıqlarını itirmiş Qazilərimizə Allahdan mərhəmət və şəfa diləyirəm.
Qanlı döyüşlərdən sonra Zəfər qismətimiz olsa da,yetim qalan vətən övladlarımız da təəssüf ki,oldu.Kövrək qəlbləri ovundurmaq çox çətindir…Nə etmək?Həyat belədir…
Daha sonra…Nakam gedən gənclərimizə könül vermiş şux qamətli nişanlı qızlar vətənə əmanət qaldı.Şükr edək ki, Vətən yetim qalmadı…
Quduzların əhatəsində olan Ana Vətənə böyük məhəbbət və sədaqət var.Üçrəngli Dövlət Bayrağımız əsən küləyin təsirindən dalğalanmaqda ikən,onu bir az da uca tutmağa həvəs artır.Uca zirvələrin ucasında dalğalanan bayrağımızı indi bütün dünya görür.
Ermənilər və Fransualar da kor gözləri ilə bunu çox yaxşı görürlər.
Torpaq uğrunda ölmək bir başqa aləm və şərəf imiş.
Vətənin hər an oğullarının müdafiəsinə ehtiyacı olur.
Həyat qısa və uzun ,Vətən övladları üçün təhlükəli və ölümcül də ola bilər.Bu,bizdən yox,Allahdan asılı,ağ lövhəyə ağ mürəkkəblə yazılan bir qədərdir.
Allah şahiddir ki,hər kəs Vətən yolunda canını qurban verməyə hazırdır.Torpağa olan sevgi və sədaqət,qətiyyət və igidlik heç birimizi tərk edəmməz!
Qətiyyət və Vətənə hədsiz sevgi,Ali Baş Komandanın düzgün hərbi taktikası zəfərin əldə olunmasını reallaşdırdı.
Bu, dövlətimizin inkişafı və sivilizasiyası üçün çox vacib idi.
Bizə ZƏFƏRi bəxş edən,uzun illər çəkdiyimiz ağrı-acılara,iztirablara son qoyan igidlərə hələ çox borcluyuq.
Onlardan çox şey öyrənməliyik,çox!
Zənnimcə,əziz həmvətənlər,Vətənə məhəbbət heç vaxt bu qədər güclü olmayıb.Torpağa bağlılıq Allahın qırılmaz ipi ilə bizə ərməğan edilib.Heç bir qüvvə ona cəsarət edib toxuna bilməz!Şuşa ətrafında gedən döyüşlər zamanı nələrin şahidi olmadıq? Qurbanı olduğumuz övladlar son nəfəslərində belə,”Vətən”,-pıçıldadılar.
Barmaqlarını öz qanlarına batıraraq Şuşa qalasının ucaldığı torpaqda ,”Azərbaycan!”yazdılar,
Vətənin”Azadlıq”və “Xoşbəxtlik”lövhələrinə düşən kiçik bir ləkəni qanları ilə boyadılar…
Əziz həmvətənlər!
Təbii,şəhid olmuşların yanımıza qayıtması mümkünsüzdür.
Amma ruhları hər an yanımızda pərvaz edib dolanırlar. Yetər ki,onları oxşayaq,xoş sözlərlə yad edək.
Həyatda həmişə aydın gündüzlər və qaranlıq gecələr,ağır anlar, xoş baxtlılar olub və həmişə də olacaq.
Əgər,yazın ilıq mehi,yay günəşinin hərarəti,payızın küləkli yağışı və qışın çovğunu yetim uşaqların saçlarını,nişanlı qızların al yanaqlarını sığallayarsa anlamalıyıq ki,o şəhidlərimizin görünməz ruhu və müşkü-ənbər qoxulu nəfəsləridir…
Şəhidlər ölməzlər,həmişə diridirlər!
Onlar bizi cənnətdə gözləyirlər!
Cənnətdə görüşənədək!
Tanrı Dünya Azərbaycanlılarını,bütöv Türk dünyasını hifz etsin!
Yeni ilimiz yeniliklərlə zəngin olsun!
Dövlətimizin müdafiə qüdrəti güclü və etibarlı əllərdə olsun.Amin!
Şəmsəddin Əliyev
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button