Bakıda Sudanın müstəqilliyinin 68-ci ildönümü qeyd olunub

Dekabrın 30-da Sudanın Azərbaycandakı səfirliyində bu ölkənin müstəqilliyinin 68-ci ildönümü (1956-2024) qeyd olunub.

Səfirlikdən  Polise.az -a bildiriblər ki, tədbirdə Azərbaycanda yaşayan Sudan icmasının üzvləri və onların ailə üzvləri iştirak ediblər.

Səfirliyin müvəqqəti işlər vəkili Mustafa Abdel Halim müstəqillik gününün əhəmiyyətindən geniş danışaraq bildirib ki, Sudan Afrika qitəsində müstəqillik əldə edən ilk ölkələrdən biridir. Sudan öz müstəqilliyini və azadlığını əldə etmək istəyən başqa ölkələrdəki azadlıq hərəkatlarına da dəstək verib.

Diplomat 1956-cı il yanvarın 1-də Sudanı müstəqil və azad ölkəyə çevirən müstəqil dövlətin qurucularını yad edib.

O, səfirliyin Sudan-Azərbaycan əlaqələrinin inkişafinda mühüm rol oynadığını bildirib. Sudan rəsmilərinin Azərbaycana səfərlərinə toxunan Mustafa Abdel Halim ölkəmizin müxtəlif ali təhsil ocaqlarından, xüsusilə ADA Universitetində və Tibb Universitetində təhsil almaq üçün bu il yeni sudanlı tələbələrin buraya gəldiyini bildirib. Diplomat digər tələbələrin akademik göstəricilərini yüksək qiymətləndirib.

Səfir Sudanın Azərbaycanın müstəqilliyini tanıyan və 1993-cü ilin fevralında Bakıda səfirlik açan ilk ölkələrdən biri olduğunu vurğulayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button