ABŞ İsrail və Livana xüsusi nümayəndə göndərib

ABŞ Prezidenti Cozef Bayden xüsusi nümayəndəsi Amos Hoxşteyni Yaxın Şərq regionuna göndərib. Vaşinqton İsrail və Livan “Hizbullah”ı arasındakı gərginliyi azaltmaq üçün diplomatik fəaliyyəti gücləndirir.

Polise.az  bu barədə “The Times of Israel”ə istinadən xəbər verir.

Məlumata görə, A.Hoxşteyn yanvarın 4-də İsraildə səfərdə olacaq. Xatırladaq ki, daha əvvəl o, İsraillə Livan arasında dəniz sərhədinin qurulmasına dair aparılan uğurlu danışıqlarda iştirak edib.

Qeyd edilib ki, C.Baydenin xüsusi nümayəndəsi artıq Livanın xarici işlər naziri Abdullah Bu Habib ilə görüşüb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button