ABŞ Rusiyanın KXDR və İranla hərbi-texniki əməkdaşlığına qarşı yeni sanksiyalar tətbiq edəcək
ABŞ Rusiya Federasiyasının KXDR və İranla hərbi-texniki əməkdaşlığına qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.
Polise.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Rusiya Federasiyasına KXDR silahlarının tədarükü “BMT Təhlükəsizlik Şurasının bir çox qətnamələrinin birbaşa pozulmasıdır” və ABŞ müttəfiqləri və tərəfdaşları ilə birlikdə BMT Təhlükəsizlik Şurasında bu məsələni qaldıracaq. “Biz Rusiya ilə KXDR, eləcə də Rusiya və İran arasında silah ötürülməsini asanlaşdırmağa çalışanlara qarşı əlavə sanksiyalar tətbiq edəcəyik”, – Kirbi bildirib.
2023-cü ilin dekabrında ABŞ administrasiyası Rusiya ilə KXDR arasında hərbi-texniki sahədə iddia edilən əməkdaşlığın qarşısını almaq üçün bir sıra şirkətləri və quru yük gəmilərini Rusiyanın sanksiyalar siyahısına əlavə edib. Sanksiyalar Birləşmiş Ştatlarda aktivlərin dondurulmasını, Amerika vətəndaşlarının və şirkətlərinin adları çəkilən şəxslərlə iş aparmasının qadağan edilməsini nəzərdə tutur.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bundan əvvəl Vaşinqtonun Pxenyanın Moskvaya hərbi yardım göstərməsi ilə bağlı iddialarını şayiə adlandırmışdı.
Polise.az