Sabirabadda qanunsuz ov etmək istəyən şəxslər saxlanılıb
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Şıxlar kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov etmək istəyən dörd nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Polise.az -a verilən məlumata görə, həmin şəxslərdən ov silahları, patronlar və ov qurğuları aşkarlanaraq maddi sübut kimi götürülüb götürülüb.
Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.
Polise.az