Ərdoğan Zelenski ilə taxıl dəhlizini müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub.

Polise.az  xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər başda Rusiya-Ukrayna müharibəsi olmaqla regional və qlobal məsələləri müzakirə ediblər.

Danışıq zamanı Türkiyənin dövlət başçısı bildirib ki, “Türkiyə həm Ukraynada, həm də Fələstin torpaqlarında axan qanların dayandırılması və daimi sülhün təmin olunması üçün gərgin səylər göstərir”. Türkiyə liderinin sözlərinə görə, Türkiyə Ukraynada sülhün təmin olunması üçün vasitəçi rolunu öz üzərinə götürməyə və sülh danışıqlarına ev sahibliyi etməyə hazırdır.

Taxıl dəhlizinin yenidən qurulmasının və fəaliyyətə başlamasının vacib olduğunu və bu məqsədlə diplomatik təmasları davam etdirdiyini deyən Ərdoğan Ukraynada ən qısa zamanda atəşkəsin yaradılması və “sülh üçün qapı açılmasının” lazım olduğunu vurğulayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button