Vətən müharibəsi iştirakçıları Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyində olublar

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı, Türkiyə Müharibə Qaziləri Dərnəyinin dəvəti ilə qardaş ölkədə səfərdə olan bir qrup azərbaycanlı Vətən müharibəsi iştirakçısının Türkiyəyə səfəri davam edir.

Polise.az  xəbər verir ki, Vətən müharibəsi iştirakçıları yanvarın 8-də Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyində olub.

Ailə və sosial xidmətlər nazirinin müavini Sevim Sayım Madak Azərbaycandan gələn qaziləri Türkiyədə görməkdən məmnun olduğunu bildirib və əlaqələrimizin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

O, bundan sonra da belə görüşlərin təşkilinə dəstək göstərməyə hazır olduqlarını bildirib.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Azərbaycanda aparılan sosial islahatlar barədə ətraflı məlumat verib.

Bildirilib ki, Vətən müharibəsində iştirak etmiş hər bir şəxsin müraciətinə dövlət tərəfindən həssaslıqla yanaşılır. Azərbaycanda şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə mənzillər, fərdi evlər və avtomobillər verilir.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2023/2024-cü tədris ilindən etibarən Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin üzvlərinin və veteranların təhsil xərcləri dövlət tərəfindən qarşılanır, onların həyat şəraitinin yaxşılaşdırılması üçün digər tədbirlər həyata keçirilir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button