Ərdoğan Rusiya-Ukrayna müharibəsinin dünyada təhlükəsizlik konseptini kökündən dəyişdiyini deyib

Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra dünyada təhlükəsizlik konseptləri kökündən dəyişib.

Polise.az-ın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Milli Kəşfiyyat Təşkilatının qurulmasının 97-ci ildönümü münasibəti ilə keçirilən mərasimdə çıxışı zamanı bildirib.

O qeyd edib ki, dünya ölkələri artıq silahlanma yarışına girərək təhlükəsizlik struktur və qurumlarına geniş səlahiyyətlər verir.

Ərdoğan onu da əlavə edib ki, Türkiyə 2023-cü ildə müdafiə sənayesi sahəsində 5,5 milyard dollarlıq ixracata imza atıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button