Aleksandar Vuçiç ölkəsinin silahlanmasının vacibliyini bildirib

Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsinin silah təminatının artırılmasının əhəmiyyətindən danışıb.
AZƏRTAC xəbər verir ki, dövlət başçısı bütün dünyanın silahlandığını və Serbiyanın bu məsələdə geridə qalmayacağını bildirib.
“Hər kəs silah alır və bu bizim regionda da belədir. Bizim borcumuz bu proseslərdə geridə qalmamaqdır. Bircə onu deyə bilərəm ki, biz geridə qalmamışıq. Çox tezliklə görəcəksiniz, mən dəqiq tarixlə bağlı açıqlama verəcəyəm”, – deyə Serbiya Prezidenti qeyd edib.
Aleksandar Vuçiç ölkəsinin nə Rusiyanın, nə İngiltərənin, nə Amerikanın, nə də Almaniyanın himayədarlığında olmadığını, Serbiyanın müstəqil və suveren dövlət olduğunu vurğulayıb.
Polise.az



