Blinken Misir Prezidenti ilə Qəzzakı girovların azad edilməsini müzakirə edib

ABŞ dövlət katibi Antoni Blinken Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə HƏMAS-ın əlində olan girovların azad edilməsi və Fələstin-İsrail münaqişəsinin həlli üsulları barədə müzakirə aparıb.

Polise.az  xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı açıqlamasında bildirib.

“Blinken və Prezident əs-Sisi qalan bütün girovların azad edilməsi üçün davam edən səyləri müzakirə ediblər”, – M.Miller deyib.

Blinken, həmçinin Yəməndəki husi üsyançılarının Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarının və münaqişənin bütün regiona yayılmasının qarşısının alınmasının vacibliyini vurğulayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button