Bayden Yəmənə zərbələri davam etdirməyə hazır olduğunu bildirib

ABŞ Prezidenti Co Bayden Qırmızı dənizdə ticarət gəmilərinə hücumlar dayandırılmadığı təqdirdə Birləşmiş Ştatların Yəməndə husilərə qarşı cavab tədbirləri görməyə davam edəcəyini bildirib.
Polise.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Jurnalistlərlə danışan Bayden husiləri “terrorçu qrup” adlandırıb.
Polise.az



